RU

PRoMete qalmaqallı klipindən danışdı: “LGBTQIA+ bayrağı niyə təəccüb doğurur?”

Rep ifaçısı PRoMete (Pərviz İsaqov) yeni təqdim etdiyi “Ofis himni” klipində LGBTQIA+ bayrağının görünməsi ilə bağlı yayılan müzakirələrə açıqlama verib.

Bakıvaxtı.az-ın məlumatına görə, sənətçi bildirib ki, kadrlar təsadüfən lentə alınıb və heç bir təbliğat məqsədi daşımır.

PRoMete açıqlamasında vurğulayıb ki, şeir və musiqi dəqiq elm deyil, daha çox hisslərə və emosional vəziyyətə bağlıdır:

“Mənim və Əlif Cahangirin birgə ərsəyə gətirdiyimiz klipdə kadrlar sözlərə uyğun montaj edilib. Mahnının ‘Nə qədər fərq var, nə qədər eynilik, bu qədər fərqliliklə eyniyik’ hissəsində Stokholmda lentə aldığımız LGBTQIA+ bayrağı sizdə niyə təəccüb doğurur? Axı, Stokholmda hər yerdə bu bayraqlar var və insanlar onlarla gəzirlər".

İfaçı onu da əlavə edib ki, həmin kadrların təbliğat məqsədi yoxdur:

“Mən nə LGBTQIA+, nə də başqa şeyi təbliğ edirəm. Mənim insanların cinsi, irqi, dini və s. seçimləri ilə işim yoxdur. İnsanlar yalnız daxili inkişaflarına görə fərqlənirlər. Çünki gəzdikcə görmüşəm ki, insanlar bu seçimlərinə görə mənəvi alçaqlıq və ya yüksəkliyik qazanmır, daxili inkişaflarına görə fərqlənirlər. Odur ki, əziz dostlar, dünyada olan reallıqlara göz yummaq əvəzinə şəxsi inkişafla məşğul olun".

Qeyd edək ki, söz və musiqisi PRoMeteyə məxsus olan “Ofis himni” sənətçinin “39-dan 40-a” layihəsi çərçivəsində təqdim etdiyi növbəti trekidir.

Əli Hüseynov

Избранный
6
50
bakivaxti.az

10Источники