RU

Tacikistandan olan mütəxəssislər ANAMA-nın əməkdaşlarına təlimlər keçib  

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarına Tacikistan Milli Minatəmizləmə Mərkəzinin mütəxəssisləri tərəfindən mürəkkəb relyefli ərazilərdə minatəmizləmə əməliyyatları üzrə on iki gün müddətində nəzəri və praktiki təlimlər keçirilib. Təlimlər ANAMA ilə meşə və dağlıq ərazilərdə minatəmizləmə fəaliyyətində təcrübəyə malik Tacikistan Milli Minatəmizləmə Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq təşkil edilib.

Bu barədə AZƏRTAC-a ANAMA-nın mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, agentliyin Göygöl Regional Təlim Mərkəzində keçirilən təlimlərin məqsədi ANAMA əməkdaşlarının meşə və dağlıq ərazilərdə, o cümlədən mürəkkəb relyefli bölgələrdə minatəmizləmə əməliyyatları üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Избранный
32
50
azerbaijan-news.az

10Источники