RU

Hüquqşunas: Turistlərin deportasiyası da mümkündür

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Mövzu ilə bağlı “Sherg”az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Bakı şəhərində ərəb turistləri tərəfindən Şəhidlər xiyabanında şəhidlərin qəbirüstü abidələrinə qarşı qeyri-etik və yolverilməz davranışların nümayiş etdirilməsi cəmiyyət daxilində ciddi ictimai qınaq doğurub:

“Qeyd olunan davranışlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin xırda xuliqanlıq tərkibinə uyğun gəlir. Həmin maddənin sanksiyasına əsasən, özgənin əmlakına və ya ümumilikdə ictimai qaydaya qarşı hər hansı fiziki zorakılıq tətbiq edilmədən törədilən, ictimai asayişin pozulması ilə müşayiət olunan əməllər inzibati xəta hesab olunur və bununla bağlı 50 manatdan 100 manata qədər inzibati cərimə tədbiri tətbiq edilir. Eyni zamanda, bu cəza tədbiri kifayət etmədiyi hallarda və nəzərə alınmaqla ki, qeyd edilən hərəkətlər üç nəfər ərəb turist tərəfindən törədilib, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi 15 günədək inzibati qaydada həbs sanksiyasını da ehtiva edir. Bundan əlavə, həmin maddədə birbaşa nəzərdə tutulmasa da, məhkəmənin qərarı əsasında şəxslərin inzibati məsuliyyət daşıdıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənarlaşdırılması, yəni deportasiya olunması da mümkün ola bilər”.
Избранный
51
9
sherg.az

10Источники