RU

"Şəhidlərin şərəf və ləyaqəti qanunla qorunmalıdır" - Elyar İslamoğlu

Ali Baş Komandanın və birinci Vitse-prezidentin şəhid ailələrinə daim qayğısı var. Amma şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanunvericilikdə xüsusi maddə yoxdur.


Manset.az xəbər verir ki, bunu AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu bildirib. Onun sözlərinə görə, şəhidlərə qarşı təhqiramiz ifadələrə yol verənlərin qanunla cəzalandırılması məsələsi Milli Məclisin növbəti sessiyasında müzakirə edilib həllini tapmalı, bununla bağlı qanun qəbul edilməlidir.

"Şəhidə qarşı hörmətsizlik yolverilməzdir. Alnımızdan 30 illik ləkəni silən, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olan insanı təhqir etməyin ciddi cəzası olmalıdır. Bununla bağlı qanunvericilikdə ayrıca maddə olmalı, xüsusi cəza müəyyən edilməlidir. Bütün şəhid ailələrinin adından təklif edirəm ki, Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilsin" - deyə Elyar İslamoğlu bildirib.

Избранный
19
50
manset.az

10Источники