RU

Davide Kalabriya “Milan”ı “Panatinaikos”a dəyişdi

Futbol üzrə İtaliya millisinin və “Milan”ın sağ cinah müdafiəçisi Davide Kalabriya bundan sonra “Panatinaikos”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Yunanıstan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

28 yaşlı futbolçu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmiş 3 illik sözləşmə imzalanıb. İtaliyalı futbolçu “Panatinaikos”a azad agent kimi qoşulub.

Xatırladaq ki, Davide Kalabriya “Milan”ın öz yetirməsidir. Müdafiəçi 2015-ci ilin yayından əsas komandada çıxış edirdi. O, “Milan”da 272 matça çıxıb, 10 qola imza atıb, 21 məhsuldar ötürmə müəllifi olub.

Kalabriya İtaliyanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2020-ci ildə əsas millidə debüt edib. O, yığmada 7 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Futbolçu ötən mövsüm icarə əsasında İtaliya Kubokunu qazandığı “Bolonya”da çıxış edib.

“Transfermarkt” internet portalı onun bazar dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.

Избранный
54
19
arena.az

10Источники