RU

Meşə yanğınları Avropa paytaxtlarına yaxınlaşır

Bu il Avropanı tarixdə qeydə alınan ən böyük meşə yanğınları bürüyüb. 

“İki sahil” xəbər verir ki,  bu barədə "Earth.org" məlumat yayıb.

Yanğınlar paytaxt şəhərlərə, xüsusilə Madrid, Afina və Podqoritsaya (Monteneqro) getdikcə yaxınlaşır. Ən çətin vəziyyət Portuqaliya və İspaniyadadır ki, yanğınlar nəticəsində artıq ümumilikdə 6 nəfər həlak olub.

Avropa Meşə Yanğınları İnformasiya Sisteminin (EFFIS) məlumatına görə, 2025-ci ilin əvvəlindən Aİ ölkələrində 439,6 min hektar meşə yanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə (188,6 min hektar) və son 19 ildə (2006-2024) bu dövr üçün orta göstəricidən iki dəfə çoxdur.

İspaniyada keçən həftə yanğınlar 70 min hektardan çox ərazini məhv edib. İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib: “Biz 20 ildir ki, belə yanğın görməmişik. İqlim dəyişikliyi və anomal istilər səbəbindən yanğınlar xüsusi xüsusiyyətlərə malikdir”. Baş nazir Pedro Sançes böhran səbəbindən tətilini qısaltmaq məcburiyyətində qalıb və bazar günü yanğınlardan zərər çəkmiş bölgələrə səfər edib.

Избранный
66
26
ikisahil.az

10Источники