RU

"Mançester Siti" "Qalatasaray"ın təklifinə cavab verdi

"Mançester Siti" "Qalatasaray"ın futbolçusu Ederson üçün təklifini qəbul etməyib.

Publika.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" jurnalisti Florian Plettenberq məlumat verib.

İstanbul təmsilçisi 32 yaşlı braziliyalı qolkiper üçün təxminən 10 milyon avro təklif edib. Lakin "şəhərlilər" bu məbləği yetərli hesab etmədikləri üçün hələlik transfer üzrə razılıq əldə olunmayıb.

Bununla belə, Ederson və "Qalatasaray" artıq şəxsi müqavilə şərtləri üzrə tam razılığa gəliblər. Braziliyalı futbolçu İstanbul klubuna keçmək istəyir.

Избранный
23
40
publika.az

10Источники