RU

Ötən ay Dövlət Xidməti "Bravo" ilə bağlı iki protokol tərtib edib

BAKI, 18 avqust. TELEQRAF

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2025-cü ilin yanvar - iyul ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumat yayıb.

Teleqraf xidmətə istinadən xəbər verir ki, inzibati xəta haqqında protokol tətbiq edilmiş şirkətlərdən biri də ölkədə fəaliyyət göstərən supermarketlər şəbəkəsi "Bravo"nun sahibi “Azərbaycan Supermarket” MMC-dir.

Şəbəkədə 7 və 16 iyul tarixlərində qida məhsulları müştərilərə üzərində göstərilmiş qiymətdən baha satılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndi, İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsi pozulması ilə bağlı ay ərzində iki protokol tərtib edilib.

Qeyd edək ki, ilin əvvəlindən xidmət "Bravo"ya qarşı 8 protokol tərtib edib.

Избранный
10
teleqraf.com

1Источники