RU

Paşinyan sülh razılaşması üçün niyə tələsmir?


Mətləb Salahov: İrəvan Vaşinqtonda imzalanan sənədlər və əldə edilən razılaşmalar üçün real addımlar atmasa, bu ən böyük fiasko olacaq”

“Hazırda bütün gözlər Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqton görüşündə üzərinə götürdüyü öhdəliklərin reallaşması üçün hansı addımlar atacağına dikilib. O artıq məzuniyyətdən qayıdıb və hökümət başçısı kimi işinin başıdadır. Lakin 8 avqust görüşündən on gün keçib və hələ ki, rəsmi İrəvanın Vaşinqton razılaşmasını toy-bayram etməkdən başqa real bir iş gördüyü, həttda dövlət rəhbərləri səviyyəsində konkret fikir söyləyəni yoxdur. İrəvan üçün Ağ Ev-dəki görüşü qələbə bayramı kimi qeyd etmək eyforiyası bitib və hazırda real, konkret addımlar atılmalıdır”.
Bu barədə “Bakı Xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, hazırkı Ermənistan siyasətində N.Paşinyanın Vaşinqton görüşündən sonra ilk nəyə başlayacağı barədə ciddi gözlənti var.” Xüsusilə Samvel Karapetyanın həbsindən sonra Ermənistan daxilindəki siyasi gərginlik və sonrakı səssizlikdən sonra ilk nəyin baş verəcəyi maraqla gözlənilir. Əlbəttdə, Donald Tramp qarşısında götürdüyü öhdəliklər və imzaladığı sənədləri bir-bir həyata keçirmək N.Paşinyan üçün qaçılmaz prosesdir. Çünki erməni baş nazir öz imzası ilə beynəlxalq səviyyədə ciddi öhdəliklərə imza atıb.
Ölkə daxilində ənənəvi erməni daşnak mifini tamamilə aradan qaldırmaq, ictimai rəydə Azərbaycanla dinc yaşamaq, əlaqələrin yaranması ilə insanların sosial rifahının və erməni iqtisadiyyatının dirçələcəyi barədə əminlik formalaşdırmaq, habelə qatı düşmənçilik həddinə gəldiyi erməni kilsəsi ilə münasibətləri yoluna qoymaq, həbsə atdığı milyarder S.Karapetyanla bağlı qərar vermək – bunların hamısı N.Paşinyanı gözləyən məsələlərdir. Üstəgəl, son günlər artıq təkcə Rusiya deyil, bir sıra Qərb institutları da S. Karapetiyanın həbsi ilə bağlı etiraz dolu fikirlər səsləndirirlər. Erməni iş adamına bu cür dəstəyin olması da hazırkı Ermənistan hakimiyyətinin işini çətinləşdirir.
Lakin siyasi eyforiyadan ayılıb ciddi iş mexanizmi qurulmalıdır ki, Vaşinqton razılaşmaları işə salınsın. Kommunikasiyaların və ikitərəfli əlaqələrin qurulması ilk işlərdən biridir. Bu ABŞ-ın da görmək isdəiyi ilk addımlardır. Əgər sadaladığım real məsələlər barədə Ermənistan konkret addımlar atmasa, o zaman Vaşinqtondakı səs-küylü görüş və razılaşmaların da əhəmiyyəti qalmayacaq. Məncə məzuniyyətdən qayıdan N.Paşinyan üçün olduqca gərgin dövr başlayır. İlk nədən başlayacaq, yaxud başlamadan bitəcək – bunu zamanla görəcəyik”.

Namiq Quliyev

Избранный
69
50
baki-xeber.com

10Источники