RU

Azərbaycan–Rusiya gərginliyi: iqtisadi böhran riski – ŞƏRH

Azərbaycanla Rusiya arasında yaranan diplomatik gərginlik regionun siyasi balansına da təsir göstərir. Moskva ilə münasibətlərdə yaranmış bu böhran həm iqtisadi, həm də geosiyasi baxımdan suallar doğurur.

Mövcud böhran iki ölkə arasında iqtisadi və təhlükəsizlik əməkdaşlığına necə təsir edə bilər?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova bildirib ki, Azərbaycan ilə Rusiya arasındakı mövcud gərginlik geosiyasi və iqtisadi baxımdan real təhlükə kimi görünür.

G. Hüseynovanın sözlərinə görə, Rusiya Azərbaycanın əsas ticari tərəfdaşlarından biridir. Həm ixrac həm idxal baxımından illərdir ki, sıx ticari əməkdaşlıq var.

Ekspert qeyd edib ki, bundan əlavə enerji sektorunda rəqiblərdən biri hesab olunur. Geosiyasi gərginliklər iqtisadi baxımdan da təsirsiz ötüşmür. Bu proseslərin uzun müddətli davam etməsi ticari əlaqələrin zəifləməsi və yeni bazarlara çıxış və yeni ticari tərəfdaşlar axtarışı ilə nəticələnəcəkdir. Əslində, burada əsas yük və çətinlik azərbaycanlı sahibkar və kəndlilərin üzərinə düşür. Belə ki, illərdir premium məhsul, Rusiya bazarında tələbat görən kənd təsərrüfatı məhsulları bir başa ixrac olunurdu. Azərbaycandan Rusiya bazarına əsasən kənd təsərrüfatı məhsulları, konserv məhsulları ixrac olunurdu. Hətta son günlərdə bazarda ucuzlaşma da məhz bu səbəblərdəndir. Geri qaytarılan məhsullardan və geosiyasi gərginliklərdən dolayı məhsul daxili bazarda qalıb və ucuzlaşma yaranıb.

Dəniz Pənahova

Избранный
61
50
tribunainfo.az

10Источники