RU

Qvardiola MS-də Holand kimisini görməmişdi

İngiltərə Premyer Liqasının ilk turunda "Mançester Siti" səfərdə "Vulverhempton"u 4:0 hesabı ilə darmadağın edib. 

Fanat.Az xəbər verir ki, "Siti"nin ulduz hücumçusu Erlinq Holand matçda iki dəfə fərqlənib.

"Opta"nın hesablamasına görə, norveçli qoleador baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında Premyer Liqada 87 qola imza atıb. O, ispan mütəxəssisin dövründə "şəhərlilər"in vahid bombardiri adına sahib çıxıb.

Qvardiolanın rəhbərliyi altında klub tarixində ən məhsuldar ikinci oyunçu 85 qol vuran Rahem Sterlinq, üçüncü isə 82 dəfə fərqlənən Serxio Aquerodur. 

Holanda müvafiq göstəriciyə çatmaq üçün 98, Aqueroya 125, Sterlinqə isə 194 matç keçirmək lazım gəlib.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.

Mirağa

Избранный
10
fanat.az

1Источники