RU

Ötən həftə 1362.7 ha ərazi minalardan təmizlənib

Avqustun 11-dən 17-nə qədər azad olunan ərazilərdən 30 tank əleyhinə mina, 153 piyada əleyhinə mina, 673 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə  Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

Məlumata əsasən, 1362.7 hektar ərazi minalardan təmizlənib.

2025-ci ilin iyuluna qədər Azərbaycan 200 min hektardan çox ərazini minalardan təmizləyib. Bu müddətdə 37 655 piyada əleyhinə mina, 21 992 tank əleyhinə mina və 143 010 partlamamış döyüş sursatı zərərsizləşdirilib.

Malayziya İnsan Hüquqları Komissiyasının (SUHAKAM) rəhbəri Datuk Seri Mohd Hishamuddin Yunus bildirib ki, təşkilat piyada əleyhinə minaların istifadəsini qətiyyətlə pisləyir və Azərbaycanla həmrəydir. O əlavə edib ki, Malayziya öz əhalisinin də bu cür sursatlar barədə məlumatlandırılmasını gücləndirməlidir.

Ekspertlərin qiymətləndirməsinə görə, Azərbaycanın tam şəkildə minalardan təmizlənməsi 20 ilə qədər vaxt aparacaq və təxminən 25 milyard ABŞ dolları tələb edəcək.

Aytac Zeynalova

 

Избранный
10
42
anews.az

10Источники