RU

İlham Əliyev haqqında Böyük Britaniya mətbuatında məqalə dərc edildi

Böyük Britaniyanın nüfuzlu mətbu orqanlarından biri “The Telegraph”da Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda sülh və normallaşma prosesində əldə edilən tarixi nailiyyətlərdən bəhs edən məqalə dərc olunub.Metbuat.az xəbər verir ki, məqalədə Azərbaycanın Londondakı səfiri Elin Süleymanov qeyd edir ki, uzun illər davam edən Azərbaycan–Ermənistan münaqişəsi artıq yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin irəli sürdüyü yol xəritəsi sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, həmçinin bu gün “Vaşinqtonda tarixi imza” atılıb. Əlavə olaraq vurğulanır ki, “ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan sənəd Azərbaycan və Ermənistan arasında yeni səhifə açılıb. Prezident İlham Əliyevin uzaqgörən strategiyası bölgədə normallaşma və əməkdaşlıq üçün real zəmin formalaşıb”.Məqalədə həmçinin qeyd olunur ki, ABŞ-nin “907-ci düzəlişi ləğv etməsi” Azərbaycan–ABŞ münasibətlərində yeni dövrün başlanğıcıdır. SOCAR ilə ExxonMobil arasında imzalanan sənəd isə əməkdaşlığın iqtisadi əsaslarını daha da möhkəmlənib.Yazıda həmçinin, vurğulanır ki, Azərbaycan və Ermənistanın birgə müraciətlə ATƏT-in fəaliyyətsiz Minsk Qrupunun ləğvini istəməsi region xalqlarının öz gələcəklərini kənar diktələrlə deyil, öz iradələri ilə müəyyən etmək əzmini nümayiş etdirir.Prezident İlham Əliyevin Vaşinqtonda səsləndirdiyi “Azərbaycan və Ermənistan düşmənçiliyi arxada qoyur və sülhü seçir” fikri məqalədə xüsusi yer tutur.Digər diqqətçəkən məqam isə, Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən dəstəklənməsidir.O, bunu simvolik addım kimi dəyərləndirərək yazır ki, “Nobel mükafatının Bakıya bağlılığı” heç kimin yadından çıxmamalıdır: “Vaxtilə Nobel qardaşları məhz Bakıda neftdən əldə etdikləri gəlirlər hesabına bu mükafatı təsis etmişdilər. Bu baxımdan, Trampın Nobel Sülh Mükafatına namizədliyi həm tarixi, həm də mənəvi cəhətdən bölgəmizlə bağlılıq daşıyır”.

Məqalənin sonu belə yekunlaşır: “Bu gün Qafqaz xalqları üçün real şans var-düşmənçiliyi arxada qoyaraq əməkdaşlıq və inkişaf yoluna çıxmaq. Prezident İlham Əliyevin strategiyası bölgədə sabitlik, rifah və dayanıqlı gələcək üçün möhkəm təməl yaradır”.

Избранный
38
50
metbuat.az

10Источники