“Bravo” supermarketlər şəbəkəsi (“Azərbaycan Supermarket” MMC) cərimələnib.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, şəbəkə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən növbəti dəfə cərimələnib.
Belə ki, “Bravo” Agentlik tərəfindən bu ilin iyul ayının 7-si və 16-da inzibati məsuliyyətə cəlb edilib, protokol tərtib edilib.
Məlum olub ki, “Bravo” İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsini pozub. Belə ki, qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılıb.
Qeyd edək ki, “Bravo” bu ilin fevral, aprel, may və iyun aylarında beş dəfə eyni pozuntuya yol verib. Ümumilikdə bu il ərzində “Bravo” qiymətdə müştəriləri aldatdığı üçün yeddi dəfə cərimələnib.