RU

Əliyar Ağayev "Fiorentina"nın oyununa təyinat aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Fanat.Az xəbər verir ki, Ağayev Konfrans Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin “Polessye” və “Fiorentina” klubları arasında keçiriləcək ilk oyununun baş hakimi olacaq. 

Ona laynsmenlər Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Daha bir həmyerlimiz İnqilab Məmmədov isə VAR assisenti olacaq. 

Hakimlərimizin işinə İngiltərədən olan hakim-inspektor Maykl Riley qiymət verəcək.

Görüş avqustun 21-də Slovakiyanın Preşon şəhərində keçiriləcək. Matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Избранный
6
fanat.az

1Источники