RU

Pezeşkian nədən narahatdır? İrəvana səfərin səbəbi məlum oldu

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran prezidenti Məsud Pezeşkianın Ermənistana gözlənilən səfərində diqqət mərkəzində Cənubi Qafqazın geosiyasi xəritəsinin dəyişməzliyini təmin etmək olacaq. 

"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İRNA-ya müsahibəsində deyib. 

O, İran prezidentinin Ermənistana gözlənilən səfərinin məqsədlərinə toxunarkən deyib: "Bizim əsas narahatlığımız regionun geosiyasətində heç bir dəyişiklik olmaması, xarici qüvvələrin bölgəyə daxil olmamasıdır".

Diplomat həmçinin bildirib ki, geosiyasi dəyişikliyin yolverilməz olduğunu deməklə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi, yaxud regiondakı dövlətlərin suverenliyi və ərazi bütövlüyünün pozulması nəzərdə tutulur: "Biz çox açıq şəkildə bəyan etmişik ki, belə bir şeyə dözməyəcəyik. Bizim siyasətimiz həmişə aydın olub". 

XİN rəhbəri Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış bəyannaməyə toxunaraq vurğulayıb ki, həm İrəvan, həm də Bakı açıq şəkildə mövcud sərhədlərə və suverenliyə hörmətlə bağlı öhdəlik götürüb: "Bu nöqteyi-nəzərdən, görünür, geosiyasi narahatlıqlarımız hələlik həll olunub. Lakin biz onların gələcəkdə də buna sadiq qalıb-qalmayacağını yaxından izləyəcəyik".

Əraqçi İranın ABŞ-la bağlı narahatlığını da dilə gətirib: "Bu yolun Amerika qüvvələrinin regionda mövcudluğu üçün bəhanə ola biləcəyi ilə bağlı narahatlıq da var".   

Lakin İran xarici işlər nazirinin sözlərinə görə, baş nazir Nikol Paşinyan da daxil olmaqla Ermənistanın yüksək rütbəli rəsmiləri Tehrana zəmanət verib ki, Amerika qüvvələri və hətta Amerikanın özəl mühafizə şirkətləri bu marşruta görə Ermənistana daxil olmayacaq. 

Erməni tərəfi İranın qırmızı xətləri ilə tanış olduqlarını və gələcəkdə onlara hörmətlə yanaşacaqlarını əmin edib. 

Diplomat qeyd edib ki, Pezeşkianın Ermənistana gözlənilən səfəri zamanı bu məsələlər ətraflı müzakirə olunacaq. 

Ağarza Elçinoğlu 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
61
19
unikal.az

10Источники