RU

“Tottenhem” müdafiəçisi ilə müqaviləni yeniləyib

Bakı, 18 avqust, AZƏRTAC

İngiltərənin “Tottenhem” komandasında yeni müqavilə imzalanıb.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, London təmsilçisi müdafiəçisi Ced Spenslə müqavilənin müddətini uzadıb. 25 yaşlı ingiltərəli oyunçu 2028-ci ilədək Premyer Liqa komandasında çıxış edəcək. O, ötən mövsümü icarə əsasında İtaliyanın “Cenoa” klubunda keçirib.

Избранный
69
50
azertag.az

10Источники