RU

“Putinə deyin ki, Rusiya iqtisadiyyatını məhv edəcəyik” - ABŞ senatoru

ABŞ senatoru Lindsi Qrem Prezident Donald Trampa Rusiyadan enerji almağa davam edən ölkələrə 500 faizə qədər tariflər tətbiq etməyə imkan verən qanun layihəsini dəstəkləyib.

Missiya.Az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Senatorun sözlərinə görə, ABŞ Rusiyanın Ukraynadakı müharibəsini dayandırmaq üçün Moskvaya qarşı iqtisadi gücündən istifadə etməlidir. O, Prezident Donald Trampı Rusiya neftini alan ölkələrə tarifləri genişləndirməyə çağırıb.

“Prezident Trampa və Dövlət katibi Marko Rubioya məsləhətim odur ki, siz Putini inandırmalısınız ki, əgər bu müharibə Ukraynanın da güzəştə getməsi ilə ədalətli və şərəfli şəkildə bitməsə, biz Rusiya iqtisadiyyatını məhv edəcəyik. Bizim bunu etmək imkanımız da var”.- L.Qrem bildirib.

İlahə QənbərliMissiya.Az

Избранный
47
50
missiya.az

10Источники