RU

Yeri maqnit qasırğası vuracaq 

Avqustun 19-da Yer kürəsini bu ayda ikinci maqnit qasırğası vuracaq...

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiyanın Günəş astronomiyası laboratoriyasının saytında məlumat verilib.

Qasırğa bir və ya iki gün davam edəcək və orta gücdə olacaq. Səbəb Günəşdə nəhəng tac dəliyi - təxminən yarım milyon kilometr ölçüsündə qaranlıq bir sahənin əmələ gəlməsidir.

Günəş küləyinin sürəti bu gün artmağa başlayacaq və sabaha qədər, demək olar ki, üç dəfə - saniyədə 300-dən 800-900 kilometrə qədər arta bilər. Yerin maqnit sahəsinə ən güclü zərbə çərşənbə axşamı gözlənilir və nəticələri çərşənbə günü hiss oluna bilər.

Analoji qasırğa artıq ayın əvvəlində - avqustun 8-9-da baş verib.

Alimlər vəziyyəti izləməyə davam edirlər və yeni məlumatlar daxil olduqca proqnozu yeniləyəcəklər.

 

Избранный
26
50
poliqon.info

10Источники