RU

Əsərləri “kağızdan ucaldılmış kafedral” adlandırılan, daim borc içində çabalayanyazıçı- Balzak niyə mütəmadi məzarlıqda gəzişirdi?

Amerikalı qrafik dizayner, “James Bond” filmlərinin ikonik 007 loqosunun müəllifi Co Karoff 103 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, Karoff 1962-ci ildə yeddini silaha çevirən məşhur "007" loqosunu yaradaraq kino tarixində iz qoyub.

O, həmçinin “West Side Story”, “Last Tango in Paris”, “Manhattan”, “Cabaret” kimi Hollivudun ən məşhur afişalarının da müəllifidir.

Qeyd edək ki, 2006-cı ildə təqaüdə çıxan sənətkar, kino qrafikasının ən yadda qalan simalarından biri sayılır.

Избранный
64
22
kulis.az

10Источники