İran Prezidenti Məsud Pezeşkian Ermənistana rəsmi səfər edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə erməni KİV-i xəbər yayıb.
Pezeşkianı paytaxtın "Zvartnots" hava limanında baş nazirin müavini Mher Qriqoryan qarşılayıb.
Bu, onun İran Prezidenti kimi Ermənistana ilk səfəridir. Səfər iki gün davam edəcək.
Əvvəllər məlumat verilmişdi ki, 19 avqustda onun iştirakı ilə Ermənistan-İran biznes forumu keçiriləcək. O, Ermənistandan Belarusa gedəcək.