Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında strateji körpü rolunu oynadığını bəyan edib.
Leqal.info Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu gün "Özbəkistan, Azərbaycan və Avropa - ümumi inkişaf naminə əməkdaşlıq" yüksək səviyyəli görüşün iştirakçılarına müraciətində Azərbaycanın rolunu vurğulayıb
Tədbirin Mərkəzi Asiyanı dünyaya təqdim etmək, konsolidasiya və əməkdaşlıq proseslərini, eləcə də regionlararası əlaqələrin gücləndirilməsini müzakirə etmək üçün unikal imkan yaratdığını qeyd edən Mirziyoyev Azərbaycan-Özbəkistan münasibətlərinin qarşılıqlı etimad və dəstək ruhunda fəal inkişafını vurğulayıb:
"Biz Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevin yeni ümumregion proseslərinin inkişafında iştirak etməyə hazır olmasını və Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndiririk".
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта