RU

Vaşinqton Polşanı Ukrayna ilə bağlı danışıqlara dəvət etməyib

Polşanın nümayəndələri Ukrayna ilə bağlı danışıqlar üçün ABŞ-a dəvət edilməyiblər.

"Donald Tramp istəidiyi adamı Vaşinqtona dəvət edir. O, nə prezident Karol Navrocki, nə də baş nazir Donald Tuski dəvət edib", - Polşa Xarici İşlər NazirBartoşevski Polsat telekanalının efirində deyib.

Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Avropa liderlərinin görüşündə heç kim Varşavadan olmayacaq.

Avqustun 18-də ABŞ prezidenti Donald Tramp Ağ Evdə Vladimir Zelenski və bir qrup Avropa lideri ilə görüşəcək. Görüşün Rusiya ilə sülh danışıqlarına və Ukrayna üçün təhlükəsizlik təminatlarına həsr olunacağı güman edilir. Dəvət olunanlar arasında Avropa Komissiyasının sədri Ursula fon der Leyen, NATO-nun baş katibi Mark Rutte, Fransa prezidenti Emmanuel Makron, Finlandiya prezidenti Alexander Stubb, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın baş naziri Key Starmer və İtaliyanın baş naziri Corc Meloni də var.

Avropa liderlərinin görüşü Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın Alyaskada apardığı danışıqlardan sonra keçirilir. Onların əsas mövzusu Ukrayna münaqişəsinin həlli olub.

Əziz MUSTAFA

Избранный
29
34
oxumeni.az

10Источники