RU

Azərbaycana 63 minə yaxın avtomobil idxal edilib

Azərbaycana 63 minə yaxın avtomobil idxal edilib
Cari dövrdə Azərbaycana ümumilikdə 63 401 ədəd avtomobil idxal olunub. Onların ümumi statistik dəyəri 1 milyard 170,9 milyon ABŞ dolları təşkil edib.
Rəsmi məlumatlara görə, idxal edilən avtomobillərin əsas hissəsini minik maşınları təşkil edir. Belə ki, 58 044 ədəd minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi ölkəyə gətirilib. Bu kateqoriyanın ümumi dəyəri isə 1 milyard 60,4 milyon ABŞ dolları olub.
Minik avtomobillərinin içində hibrid və elektrik mühərrikli nəqliyyat vasitələrinin payı da diqqət çəkir:
• Xarici mənbədən doldurma qabiliyyəti olan hibrid avtomobillər – 10 390 ədəd (214,2 milyon ABŞ dolları)
• Daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki də olan avtomobillər – 19 568 ədəd (386,9 milyon ABŞ dolları)
• Yalnız elektrik mühərrikli avtomobillər – 1 180 ədəd (38,1 milyon ABŞ dolları)
Bundan əlavə, ölkəyə:
• 305 ədəd avtobus və mikroavtobus (25,2 milyon ABŞ dolları),
• 4 759 ədəd yük avtomobili (57,1 milyon ABŞ dolları),
• 293 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi (28,1 milyon ABŞ dolları) idxal edilib.

Избранный
101
14
teleqraf.com

10Источники