RU

Ağdamda yanğına səbəb olan şəxs saxlanılıb

Avqustun 18-də Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən 6 hektar biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, araşdırmalar nəticəsində yanğını kənd sakini, 28 yaşlı Sənan Əmirovun törətdiyi məlum olub.

O saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Избранный
28
50
anspress.com

10Источники