RU

“LC Waikiki”-in müştərisi narazılıq edir: Şok faktlar üzə çıxdı

Bakıda fəaliyyət göstərən Türkiyə brendi olan "LC Waikiki” mağazalarından birində endirimli qiymətlərlə satışa çıxarılan gödəkçənin yararsız vəziyyətdə olması müştəri narazılığına səbəb olub.

Məhz sosial şəbəkələrdə yayılan görüntülərdə 5,99 AZN-ə endirimə düşən qırmızı rəngli gödəkçənin üzərindəki dəriyə bənzər hissələrin müxtəlif yerlərdən soyulduğu görünür.

Müştəri mağazanın bu vəziyyətdə məhsul təqdim etməsini tənqid edərək etirazını ictimailəşdirib.

“Cebheinfo.az”-ın əməkdaş məsələ ilə bağlı mağazaya müraciət edərək yayılan bu xəbərin həqiqətə uyğun olub-olmamasını və ümumilikdə endirimli məhsullar üçün müəyyən olunan meyarları öyrənib.

Mağazanın meneceri bildirib ki, elə bir məhsul heç vaxt satışa qoyulmaz, bu, sadəcə olaraq diqqətsizlik nəticəsində baş verib:

“Videonu biz də görmüşük. Sözügedən məhsul köhnə sezonun malıdır. Bizdə elə məhsullar satışa çıxarılmır. Yəqin ki, həmin geyim məsuliyyətsizlik və diqqətsizlik səbəbindən satışa verilib.

“LC Waikiki” heç vaxt bu vəziyyətdə paltarı satışa çıxarmaz. O, yəqin ki, bir diqqətsizlik səbəbindən götürülüb zala vurulub. Çünki bizdə hətta adi tonal krem ləkəsi olan geyim belə satışa qoyulmur, qaldı ki, bu formada geyim olsun.

Endirimə düşən məhsul heç vaxt defektə görə endirimə salınmır. Endirim yalnız satış həcmi və stok vəziyyəti ilə bağlı tətbiq olunur. Məhsul defektli olsa, hətta müştəri endirimə salın götürüm desə belə, biz onu satmırıq. Həmin gödəkçə köhnə sezonun malı olub və texniki bir səhv nəticəsində satışa verilib”.

Mağaza meneceri qeyd edib ki, yararsız məhsul artıq satışdan yığışdırılıb:

“Təbii ki, həmin geyim yararsız vəziyyətdə idi və artıq satışdan yığışdırılıb. Hazırda mağazalarımızda yay kolleksiyasının 60 %-i endirimdədir. Bu, təkcə “LC Waikiki”-də deyil, bütün brendlərdə və markalarda belədir. 

Sezon bitdiyi üçün şirkət məhsulları endirimlə satır ki, əldə qalmasın və mərkəz anbarında stokda yığılmasın. Üstəlik, endirim qərarını mağazalar deyil, şirkətin Türkiyədəki mərkəzi verir.

Onlar nə bilir ki, həmin məhsul deffektdir, sistemdə bir ədəd görünüb və endirimə salınıb. Yəni endirimlər məhsulun defektli olub-olmaması ilə bağlı deyil”. 

https://www.instagram.com/reel/DNfaZ_Xtwpv/?igsh=MWI4Y3lva214NjZsYw%3D%3D

 

Избранный
1
8
cebheinfo.az

10Источники