RU

“Rabitəbank”ın beynəlxalq maliyyə qurumları ilə əlaqələrində yeni uğur

“Rabitəbank” ASC dünyanın ən nüfuzlu maliyyə qurumlarından olan "Bank of New York Mellon"da müxbir hesab açaraq beynəlxalq maliyyə əlaqələrini daha da genişləndirib.

Daima beynəlxalq maliyyə qurumları ilə əlaqələrin genişləndirilməsi istiqamətində uğurlara imza atan "Rabitəbank" bu əlaqələri davamlı inkişaf etdirərək müştəri məmnuniyyətini ən yüksək səviyyəyə qaldırmağı qarşısına məqsəd qoyur. Dünyanın maliyyə nəhənglərindən biri olan "Bank of New York Mellon" ilə əməkdaşlıq da regionda maliyyə xidmətlərinin keyfiyyətini yüksəltmək, beynəlxalq standartlara tam uyğunluğu təmin etmək və rəqabət qabiliyyətini artırmaq istiqamətində atılan önəmli addımlardan biridir.

Bu strateji nailiyyət Azərbaycanın aparıcı banklarından olan "Rabitəbank"ın qlobal maliyyə bazarlarında yüksək işgüzar nüfuzunun və etibarının təzahürüdür. Bank artıq 30-dan çox xarici valyutada sürətli, təhlükəsiz və asan pul köçürmələri həyata keçirməsilə müştəriləri üçün beynəlxalq əməliyyatların əlçatanlığını və rahatlığını təmin edir. Eyni zamanda, bu hesab sahibkarların xarici ticarət və investisiya imkanlarını genişləndirir. Nəticədə yerli bizneslərin qlobal bazarlarda rəqabət qabiliyyəti artır, iqtisadiyyatın inkişafına mühüm töhfə verilir.

Избранный
24
50
demokrat.az

10Источники