RU

Vergi Xidmətinin Baş İdarəsinə yeni rəis təyin edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi Vüsal Eynullayev vəzifəsindən azad edilib.

 

Pravda.az-ın “PostMedia”ya istinadən məlumatına görə, onun yerinə bu vəzifəyə Camal Qasımov təyin edilib.

 

Bu təyinata qədər Camal Qasımov Vergi Auditi Baş İdarəsinin rəisi olub.

 

Xəbər verdiyimiz kimi, adıçəkilən idarəyə Abbas İsmayilov rəis təyin edilib.

 

Xatırladaq ki, Camal Qasımov iqtisadiyyat naziri Mikayıl Cabbarovun xalası oğludur.

Tarix: 18 Avqust 2025, 16:34   
Избранный
4
11
pravda.az

7Источники