RU

“Qarabağ”da çalışanlar BU XƏBƏRİ mütləq oxusun!

Avrokuboklardakı fəxrimiz “Qarabağ” növbəti sınaq qarşısındadır.

Ağdamlılar Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Ferentsvaroş”un qonağı olacaq.

“Şelburn” və “Şkendiya” ilə səfər matçından fərqli olaraq “köhlən atlar” bu dəfə tribunalardan sözün əsl mənasında dəstək görəcək.

İş burasındadır ki, “İmarət Avropa” və “Milli Dəstə” azad azarkeş qrupları məlum qarşılaşma ilə bağlı təbliğat işləri aparır və mümkün qədər çox azarkeşin oyun günü stadionda olmasına çalışır.

“Ferentsvaroş” tərəfi qonaq azarkeşlər üçün 1000-ə yaxın yer ayırıb. Lakin matç günü arenada bu qədər soydaşımızın olacağı inandırıcı görünmür.

Tək Macarıstanda yox, Avropanın müxtəlif ölkələrində yaşayan futbolsevər həmyerlilərimiz çərşənbə axşamı Budapeştin yolunu tutacaq.

Təxminən 300 nəfərin 90 dəqiqə boyunca “Qarabağ”ı dəstəkləyəcəyi ehtimal olunur. Bu isə kifayət qədər ciddi rəqəmdir.

Avqustun 19-da “Ferentsvaroş” stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
70
50
sportinfo.az

10Источники