RU

Əli Xamneyinin ali hərbi müşaviri bu proseslərə münasibət bildirdi KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran lideri Əli Xamneyinin ali hərbi müşaviri Yəhya Rəhim Səfəvi universitet tələbələri qarşısında çıxışında regiondakı son proseslərə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Səfəvi çıxışında ən pis ssenariyə hazır olmaları gərəkdiyini vurğulayıb:

“Ən pis ssenariyə hazır olmalıyıq. Bizimlə İsrail və ABŞ arasında heç bir protokol yoxdur. Atəşkəs yoxdur. İsraillə hər an yeni müharibə başlaya bilər. Biz güclü və hazır olmalıyıq”, – deyə o, qeyd edib.

İran rəsmisi əlavə edib ki, İsraillə mümkün müharibə fonunda ABŞ bölgədə güc tətbiq edərək özünü “sülh gətirən” kimi göstərməyə çalışacaq. Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi bölgədə gərginliyi idarə edərək yeni müharibələrin qarşısını almış kimi görünməkdir.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
50
konkret.az

10Источники