RU

Siyəzənin yollarını 550 minə təmir edən şirkət kimindir?

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Siyəzən şəhərində daxili yolların əsaslı təmiri ilə bağlı rayon İcra Hakimiyyətinin keçirdiyi tender yekunlaşıb. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "İS.M.M.” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 550 002,1 manatdır. 

"İS.M.M.” MMC 30 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 manatdır. Şirkətin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur. 

Açıq mənbələrdə "İS.M.M.” MMC haqqında hər hansı məlumata rast gəlinmir. Nadir Xudiyevə gəlincə, o, həm də "RASH.M.M. Trade and Services-2020” şirkətinin qanuni təmsilçisidir. Bu şirkət 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 406 939 manatdır. 

İstər "İS.M.M” MMC, istərsə də "RASH.M.M. Trade and Services-2020” MMC satınalma müsabiqələrində fəal iştirak edir. 

"İS.M.M.” MMC bu tender də daxil olmaqla cari ildə 4 satınalma müsabiqəsinin qalibi olub. Digər 3 tenderi aşağıdakı qurumlar keçirib:

- Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı Birliyi;

- Gədəbəy Rayon İcra Hakimiyyəti;

- Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə Nümayəndəliyi.

Tenderlər təmir işləri bağlı keçirilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin maliyyə dəyəri toplam olaraq 1 051 315,28 manatdır. 

"İS.M.M.” MMC və "RASH.M.M. Trade and Services-2020” MMC haqqında mediada dərc edilən materiallardan aydın olur ki, hər iki şirkət adətən şübhəli tender əməliyyatlarında iştirak edir. 

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
8
qaynarinfo.az

8Источники