
Milli Məclisin sədri Sahibə Qafarova ilə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk arasında telefon danışığı baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı iki ölkə parlamenti arasında əməkdaşlıq məsələləri müzakirə edilib, əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub.