RU

Ərdoğan yerli sosial media platformasında ilk paylaşımını edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli sosial media platforması NSosyal-da ilk paylaşımını edib.

Bakues.az bu barədə Anadolu Agentliyinə istinadla xəbər verir.

O, paylaşımında şair Ərdəm Bəyazıdın 1999-cu ildə yazdığı “Biru Gün Doğucak” şeirindən “Beton divarlar arasında bir çiçək açdı” misrasını sitat gətirib və “Hazırsan?” sualını ünvanlayıb.

Ərdoğanın etiketli paylaşımında Türkiyə bayrağı, dünya və raket fotoları da yer alıb.

Paylaşım sosial mediada böyük maraqla qarşılanıb və istifadəçilər tərəfindən aktiv şəkildə şərh edilib.

Избранный
91
50
icma.az

10Источники