Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.
Manset.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in
Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 603 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 585 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.
Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü nömrəsini avqustun 19-u günün ikinci yarısından etibarən
Rezidenturaya qəbul olunanlar 21 - 28 avqust (saat 18:00-dək) tarixlərində
Rezidenturaya qəbul olunanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaqdır. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətdə portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Naxçıvan Dövlət Universitetinin