RU

Rusiyada barıt sexində dəhşətli PARTLAYIŞ 23 ÖLÜ

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Ryazan vilayətində yerləşən "Elastik" zavodunun barıt sexində baş verən yanğın və partlayış nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

Bakupost.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat yayıb.

"Xilasedicilər dağıntılar altından daha iki nəfərin meyitini çıxarıblar. Bir yaralı xəstəxanada vəfat edib. Ölənlərin ümumi sayı 23 nəfərə çatıb", - məlumatda bildirilib.

Daha əvvəl hadisə ilə əlaqədar avqustun 18-də vilayətdə matəm elan edildiyi bildirilmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
18
www.bakupost.az

10Источники