RU

Ronaldo Ermənistana gəlir BU TARİXDƏ KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ermənistan Futbol Federasiyası (EFFA) İrəvanda baş tutacaq Ermənistan–Portuqaliya oyununa biletlərin çatışmazlığı ilə bağlı azarkeşlərin çoxsaylı şikayətlərinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, federasiyanın açıqlamasında qeyd olunur ki, Respublika Stadionu cəmi 14 min tamaşaçını qəbul edə bilir. Halbuki oyuna bilet almaq üçün 470 min nəfər müraciət edib. Qaydalara əsasən, hər azarkeş maksimum iki bilet əldə edə bildiyi üçün ümumilikdə təxminən 7 min nəfər biletlərə sahib olub. Nəticədə isə 463 min azarkeş prosesdən kənarda qalıb.

EFFA əlavə edib ki, bir neçə ay əvvəl satışların rəsmi başlamasından öncə internetdə qeyri-rəsmi bilet elanları yayılsa da, hazırda “reseller”lər biletləri dəfələrlə baha qiymətə təklif edirlər. Halbuki federasiya rəsmi olaraq biletləri 1000–3000 dram (təxminən 2,5–7,5 dollar) aralığında satışa çıxarmışdı.

Federasiya azarkeşləri yalnız rəsmi mənbələrdən bilet almağa çağırıb.

Qeyd edək ki, sentyabrın 6-da İrəvanda Respublika stadionunda Ermənistan – Portuqaliya oyunu keçiriləcək.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
44
konkret.az

10Источники