RU

Generalların yeni rütbədə ilk - Fotoları

Dövlət Sərhəd Xidmətinin ali hərbi rütbələr verilən üç hərbi qulluqçusu ilə görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu gün Xidmət rəisi general-polkovnik Elçin Quliyev həmin zabitlərlə görüşüb.

General-mayor Babək Vahid oğlu Qurbanova general-leytenant, polkovniklər Ceyhun Həsən oğlu Nəbiyev və Azər Əliyusif oğlu Şirinova isə general-mayor rütbələri təqdim edilib.

Qeyd edək ki, bu gün Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümüdür.


Избранный
10
50
qafqazinfo.az

10Источники