Bu gündən etibarən Bakının bir hissəsində 10 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Publika.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, avqustun 18-də saat 22:00-dan etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.