RU

Bakının bu hissəsində nəqliyyatın hərəkəti 10 gün dayandırılır

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gündən etibarən Bakının bir hissəsində 10 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYNA) məlumat yayıb.

Belə ki, 18 avqust saat 22:00-dan etibarən etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

"Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları xahiş olunur",- deyə qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
50
modern.az

10Источники