RU

Şəhid fotolanı rəngləmək tapşırığını kim verib? - VİDEO

Prodüser və aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə diqqətçəkən paylaşım edib

“Cebheinfo.az” xəbər verir ki, o, "Instagram" hesabında küçədə aparılan təmir işləri zamanı şəhid şəklinin boyandığını əks etdirən video yayımlayıb.

Tarix Əliyev paylaşımında bildirib ki, rəhbər şəxslərin vəzifə səlahiyyətlərini icra edərkən şəhid ailələrinin və vətəndaşların hisslərini nəzərə almaması insanlarda haqlı narazılıq yaradır:

"Sonra da deyirlər ki, bəzi icra başçılarını yerli sakinlər sevmirlər. Axı niyə sevsinlər? Çünki onlar tapşırıq verəndə insanların hisslərini, şəhid ailələrinin qəlbini düşünmürlər. Abadlıq adı ilə iş görmək olar, amma bunu da vicdanla, insana hörmətlə etmək lazımdır. Əgər şəhidlərin şəkilləri divardan çıxarılırsa, valideynlərə izah edilməliydi ki, burada təmir işləri aparılır, şəkillər isə sonra yenidən qoyulacaq. Yaxud da deyilməliydi ki, şəkilləri müvəqqəti evinizdə saxlayın. Bu qədər sadə!" 

T.Əliyev məsələni ciddi hörmətsizlik kimi qiymətləndirib:

"Amma məsələ belə həll olunmur. Çünki bəziləri kresloda oturub yalnız göstəriş verməyi bacarır, amma insanın qəlbinə toxunmamağı bacarmır. Dövlət başçısı hər dəfə şəhidlərdən danışanda gözləri dolur, şəhidlərimizə xüsusi önəm verir, onların ruhunu uca tutur. Amma bəzi məmurların hərəkətləri sanki bunun tam əksini göstərir. Onlar elə addımlar atırlar ki, anaların, vətəndaşların nifrətini qazanırlar". 

Prodüser hadisənin hansı rayonda baş verdiyini bilmədiyini qeyd edib, lakin məsul şəxsin dərhal cəzalandırılmalı olduğunu vurğulayıb:

"Mən bilmirəm bu hadisə hansı rayonda baş verib. Amma bir şeyi dəqiq deyirəm ki, belə tapşırıq verən şəxs dərhal işdən qovulmalıdır. Çünki bu, sadəcə bir səhv deyil, bu, şəhidin ruhuna, valideynin ürəyinə, vətəndaşın hissinə hörmətsizlikdir". 

Qeyd edək ki, Tolikin paylaşımına şərh yazan izləyicilər hadisənin Göygöl rayonunda, Alban evləri adlanan ərazidə baş verdiyini bildiriblər.

Onların sözlərinə görə, sözügedən yer keçmiş Xanlar rayonu ərazisinə düşür və Göygöl vağzalının yaxınlığında yerləşən, “Kapital Bank”a gedən yoldur. 

https://www.instagram.com/reel/DNfZuTqMewa/?igsh=N25ydGR0cW5xb2U0

Əfsanə Rəcəb

“Cebheinfo.az”

 

Избранный
58
49
cebheinfo.az

10Источники