RU

Gələn ay hərraclara 66 nəqliyyat vasitəsi çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 2-si, 4-ü və 9-da hərraclar keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hərraclara 66 nəqliyyat vasitəsi çıxarılacaq.
 

Məlumata əsasən, sentyabrın 2-də keçiriləcək hərraca 24 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2000-2014-cü illəri əhatə edir.


Sentyabrın 4-də keçiriləcək hərraca 29 nəqliyyat vasitəsi çıxarılacaq.
 

Avtomobillərin buraxılış tarixləri 2013-2020-ci illəri əhatə edir. Sentyabrın 9-da keçiriləcək hərraca isə 13 nəqliyyat vasitəsi çıxarılacaq.


Avtomobillərin buraxılış tarixləri 1999-2007-ci illəri əhatə edir.

Hərraca çıxarılacaq dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər www.emlak.gov.az  və www.auksion.gov.az  internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Bizim.Media

Избранный
34
14
bizim.media

10Источники