RU

Bu il Şəkidə quru tütün istehsalının 5 min tonu keçəcəyi gözlənilir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Şəki, 18 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. İndiyədək şəkili fermerlər 2 min 640 ton quru tütün istehsal ediblər. Cari mövsümdə rayonda quru tütün istehsalının 5,3 min tona çatacağı gözlənilir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun böyük məsləhətçisi Nizami İsmayılov məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu il rayonun təsərrüfatlarında 1805,5 hektar sahədə tütün əkilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 204,5 hektar artıb. Şəkili fermerlər cari mövsümdə 1500 hektar sahədə “Virciniya botaniki”, 305,5 hektarda isə yerli tütün sortları yetişdiriblər. Tütünçülük təsərrüfatlarında 2700-dən çox kənd sakininin məşğulluğu təmin olunub.

Baş Göynük kəndindən olan fermer Seyidəli Abdullayev bu il rayon üzrə hamıdan çox - 324 hektarda tütün əkib. Fermer bu günədək emal məntəqəsinə 1450 ton yaş tütün kütləsi təhvil verib. Cumakənddən olan fermer Həsən Səfərov isə cari mövsümdə 154 hektarda tütün yetişdirib, O, indiyədək emal məntəqəsinə 850 ton yaş tütün təhvil verib.

Hazırda rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində, həmçinin şəxsi təsərrüfatlarda 352 ədəd tütünqurutma kamerası var.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
4
azertag.az

10Источники