RU

“Şəhid qızını təhqir edib, tədbir görülmür” - Qalmaqal yenidən alovlandı

Əməkdar artist Mehriban Xanlarova ilə Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə arasında baş vermiş qalmaqal yenidən alovlanıb.

 

Aktrisa Mehriban Ələkbərzadə haqqında növbəti dəfə paylaşım edib:

 

“Mehriban Ələkbərzadə şəhid qızını və şəhid atasını ağıza alınmayacaq söyüşlə təhqir edib! Bu hadisənin canlı şahidləri mövcuddur və hazırda hadisə ilə bağlı istintaq aparılır. Mədəniyyət Nazirliyi də bu hadisədən xəbərdardır. Amma çox təəssüf ki, indiyə qədər heç bir tədbir görülmür... Hər şeyə göz yumulur, üstü ört-basdır edilir! Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var. Elə bu səbəbdən ona hər cür qanunsuzluğu, hər cür hörmətsizliyi etmək imkanları yaradılır. Nəticədə ədalət susdurulur, haqsızlıq isə qorunub saxlanılır! Bu hadisəni gündəmdə saxladığım üçün məni susdurmaq məqsədilə hər yola əl atırlar! Amma bilsinlər ki, haqq-ədalət öz yerini tapana qədər geri addım atmayacam!”

 

Musavat.com

Tarix: 18 Avqust 2025, 18:30   
Избранный
36
39
pravda.az

10Источники