RU

Zelenski: Rusiya Ukraynada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum edib

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum edib.

"Report"un məlumatına görə, o bu barədə sosial şəbəkə hesabında yazıb.

"Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə Rusiya tərəfindən məqsədli zərbə endirildi. Yəni bu, bizim münasibətlərimizə və enerji müstəqilliyinə zərbədir", - Zelenski vurğulayıb.

Ukrayna lideri bildirib ki, Rusiya ABŞ Prezidenti Donald Trampla bu gün Ağ Evdə keçirilməsi planlaşdırılan danışıqlar ərəfəsində Ukraynaya hücumları gücləndirdi.

O, Rusiyanın zərbələrini "nümayişkaranə və riyakar" adlandırıb.

"Hamı layiqli sülh və həqiqi təhlükəsizliyə can atır, amma məhz bu anda ruslar Xarkovu, Zaporojyeni, Sumı vilayətini və Odessanı hücuma məruz qoyur, yaşayış evlərini və mülki infrastrukturumuzu dağıdırlar", - o yazıb.

Избранный
17
50
report.az

10Источники