RU

Bakıda gözdən əlil olan kişi qohumunu niyə qətlə yetirib? TƏFƏRRÜAT

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Qaradağ rayonunda 1982-ci il təvəllüdlü birinci qrup gözdən əlil Qəhrəman Babayev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı, 1980-ci il təvəllüdlü Xaliq Əhmədovu (ad-soyad şərtidir – red.) qətlə yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 1 dekabr 2024-cü ildə, saat 17 radələrində Lökbatan qəsəbəsində baş verib. Bakı şəhər sakini Q. Babayev fərdi yaşayış evində tanışı Xaliqin təxminən 5-6 il əvvəl onun ailəsi ilə birlikdə yaşadığı evə gələrək arvadı Səbinəyə hamam otağında olan zaman otağın qapısını açaraq içəriyə daxil olmaq istəməsi ilə bağlı aralarında mübahisə yaranıb. Yaranan söhbət zamanı meydana gələn sözlü mübahisə nəticəsində həmin hərəkətinə görə cəzalandırmaq və buna görə ondan qisas almaq üçün zərərçəkmiş şəxsi  öldürmək qərarına gəlib. Bu məqsədlə həmin evdən götürərək uzun qolları olan idman paltarının qollarında görünməməsi üçün gizlətdiyi bıçaqla ona zərbələr vurub. Zərərçəkmiş aldığı zərbələrdən vəfat edib. Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən məhkum ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə baş verən ərəfədə qohumu Telmanın evinə tez-tez gedib: “Evdə Telmanla oturmuşduq. Sonra Xaliq gəldi. Mənimlə mübahisə etdi. Stolun üstündə qutu olub, içində bıçaqlar olub.  Böyük bıçaq həmin qutuda olmadığından elə bildim ki, onun özündədir.  Xaliqlə həmin evdə olanda 1-2 dəfə mənimlə mübahisə edib. Əmim oğlu bizi ayırdı. Xaliqlə də qohumluq əlaqəm olub. O, mənim bibim qızının yoldaşıdır. O, ailəmə qarşı qeyri-etik hərəkət edib. Həyat yoldaşım hamamda olarkən otağın qapısını açıb. Aramızda bir neçə dəfə mübahisə olduqda əmim oğlu bizi ayırdı”.Məhkum qeyd edib ki, mərhumla qətl hadisəsindən 3-4 gün əvvəl də mübahisələri olub: “Hadisə baş verən zaman Telman evində olmuşam. Mənim görmə və eşitməmdə problem olub. Hadisədən əvvəl həmin gün orada Xaliqlə bir dəfə sözlü mübahisəmiz olub. Bizi Telman sakitləşdirdi. Daha sonra Xaliq Telmanın evinə yenidən tək gəldi. Yenidən mübahisə yaranarkən hadisə baş verdi”. İş üzrə zərərçəkmiş Xaliq Əhmədovun hüquqi varisi qismində ifadə verən qardaşının sözlərinə görə, hadisənin şahidi olmayıb: “Hadisədən sonra heç kim mınim evimə barışığa gəlməyib. Qardaşım ilə Qəhrəman arasındakı ədavətin nədən qaynaqlandığını bilməmişəm. Qardaşım içki içdiyi üçün ona evimə gəlməyə icazə verməmişəm. Qardaşımın hərəkətlərindən xəbərim olmayıb. Təqsirləndirilən şəxsin 5-6 il əvvəl arvadı hamamda olarkən qardaşımın hamama girməyə çalışdığını, o hadisədən sonra etdiyi hərəkətə görə onu cəzalandırmaq üçün hər yerdə qardaşımı axtardığını eşitmişdim”. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Q. Babayev 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Hökmdən narazı qalan Q. Babayevin vəkili tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi hökmün ləğv edilməsini, müvəkkilinin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinin tövsif edilməsini xahiş edib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin olunmayıb. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
50
demokrat.az

10Источники