RU

Politico: Slovakiya Ukraynaya silah satışından qazanır, Fiko isə Putinlə dostluq edir...

Rəsmi Bratislava Kiyevə birbaşa yardım etmədiyini desə də, ölkənin Ukraynaya silah ixracı rekord həddə çatıb...

Poliqon xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fiko “Ukraynaya bir güllə belə göndərməyəcəyinə” söz versə də, ölkənin silah sənayesi sürətlə inkişaf edərək ön cəbhəyə silah göndərməyə davam edir. Politico-nun məlumatına görə, 2024-cü ildə Slovakiyanın silah ixracı 1,15 milyard avroya yüksəlib. Bu, ölkə iqtisadiyyatının təxminən 1 faizini təşkil edir və 2023-cü illə müqayisədə iki dəfə, 2022-ci ildə Ukrayna müharibəsi başlamazdan əvvəlki dövrlə müqayisədə isə on dəfə çoxdur.

Slovakiyanın müdafiə nazirinin müavini İqor Meliçer Politico-ya açıqlamasında bildirib ki, sürətlə inkişaf edən silah biznesi baş nazir Fikonun vədlərinə zidd deyil.

“Slovakiya hökuməti öz proqramında vətəndaşlara söz verib ki, dövlət anbarlarından Ukraynaya bir güllə belə göndərilməyəcək və biz bu vədimizə əməl edirik”, deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, Slovakiyanın Ukraynaya rəsmi yardımı ölümcül olmayan avadanlıqlardan və dövlətin fəaliyyətini təmin etmək üçün elektrik enerjisi tədarükündən ibarətdir. Bununla yanaşı, hökumət silah istehsalı ilə məşğul olan özəl şirkətlərin satışına qarşı olmadığını açıq şəkildə bildirir.

“Biz Avropa İttifaqına ortaq dəyərlər naminə daxil olduq. Biz azad bazara da hörmət edirik. Buna görə də müdafiə sənayesi şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaq bizim tərəfimizdən kifayət qədər ikiüzlü addım olardı”, deyə Meliçer qeyd edib.

Nazir əlavə edib ki, Slovakiyada istehsal olunan hərbi texnikanın böyük hissəsi birbaşa Ukraynaya deyil, Qərb tərəfdaşlarına satılır. Daha sonra bu tərəfdaş ölkələr həmin texnikanın taleyinə özləri qərar verirlər.

Politico-nun təhlilinə görə, Slovakiya hökuməti bir tərəfdən Rusiyanın dəstəyini itirməmək üçün Moskva ilə yaxın münasibət saxlayır, digər tərəfdən isə ölkənin müdafiə sənayesi Ukrayna müharibəsindən böyük iqtisadi fayda əldə edir. Bu balans siyasəti Bratislavanı həm Qərbdə, həm də regionda mübahisəli mövqeyə gətirib.

Poliqon.info

Избранный
83
50
poliqon.info

10Источники