«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev daha bir futbolçunun xidmətindən imtina edib.
«Baba» ləqəbli mütəxəssis İbrahim Ramazanovun üzərindən xətt çəkib.
72 yaşlı çalışdırıcı adıçəkilən müdafiəçinin adını iştirak ərizəsinə salmayıb. 2023-cü ilin yayında «Qəbələ»dən gələn gənc arxa xətt oyunçusu Peşəkar Futbol Liqasına göndərilən sifariş vərəqində yer almayıb.
Tovuz təmsilçisi 20 yaşlı Ramazanova müqaviləni qarşılıqlı razılıq əsasında pozmağa hazırdır. Eləcə də icarəyə verməyə.
Qərb klubu bu yay 9 nəfərlə vidalaşıb.
Bunlar İvan Konovalov, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski, Sadiq Quliyev və Orxan Əliyevdir.
SPORTİNFO.AZ