Tbilisi, 18 avqust, AZƏRTAC
Avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra biz tamam başqa Cənubi Qafqazda yaşayırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 18-də xalqa müraciəti zamanı söyləyib. Onun sözlərinə görə, avqustun 8-də Ağ Evdə keçirilən sammit dönüş nöqtəsi oldu. “Vaşinqtonda imzalanmış sənədlərlə Ermənistanla Azərbaycan arasında sülh bərqərar oldu. Avqustun 8-dən sonra biz tamamilə fərqli Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq. Sülh bizim üçün yad bir reallıqdır və yad həyatdır, gəlin bu reallığı qiymətləndirək. Sıfırdan dinc yaşamağın nə demək olduğunu, sülhün nə olduğunu öyrənməliyik”, - deyə Paşinyan vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi