RU

Rivz ildə 30 milyon dollar istəyir

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Leykers”in hücumameyilli müdafiəçisi Ostin Rivz “Mayami”nin oyunçusu Tayler Hirronun müqaviləsinə bənzər müqavilə istəyir. Bu haqda xəbəri “NBC Sports”un əməkdaşı Kurt Helin yayıb. Onun yazdığına inansaq, 27 yaşlı amerikalı 14,9 milyon dollarlıq opsiyadan yararlanmaq istəmir. Rivz Hirro kimi ildə 30 milyon dollar qazanmaq niyyətindədi.Ostin 2024/25 mövsümündə “gölməçəsevərlər”in heyətində çıxdığı 73 oyunda orta hesabla 20,2 xal toplayıb, 4,5 ribaund edib, 5,8 ötürmə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
136
13
icma.az

10Источники