RU

"Atletiko" 16 ildən sonra bir ilki yaşadı

 

“Atletiko Madrid” 16 ildən sonra ilk dəfə La Liqa açılış matçında məğlub olub.

Fanat.Az xəbər verir ki, “Atletiko Madrid” 2009-cu ildən bəri ilk dəfə La Liqanın açılış matçında məğlubiyyətlə üzləşib.

Madrid klubu mövsümün ilk oyununda “Espanyol”a 2:1 hesabı ilə uduzub.

Görüşdə “Atletiko” 1:0 önə keçsə də, üstünlüyünü qoruya bilməyib və son dəqiqələrdə ardıcıl qollar buraxaraq meydanı məğlub tərk edib. Bu nəticə Dieqo Simeonenin komandasının azarkeşləri arasında ciddi narazılıq yaradıb.

Qeyd edək ki, “Atletiko Madrid” son illərdə La Liqa mövsümünə adətən uğurlu start verirdi və bu məğlubiyyət klub üçün nadir hallardan biri kimi yadda qaldı.

Kamil Xudiyev

Избранный
4
fanat.az

1Источники